“Ağcabədi Reproduktor Quşçuluq” ASC səhmdarlarının növbəti ümumi yığıncağı 8 sentyabr 2020-ci il saat 11.00-da Ağcabədi rayonu, Ağcabədi-Zərdab şosesi, 12-ci km ünvanında keçiriləcəkdir.
Eləcə də bax: “Akserman” səhmdarlarına - HESABAT VERƏCƏK
FED.az xəbər verir ki, iclasın gündəliyinə aşağıdakılar daxildir:
1. Səhmdar cəmiyyətin 2019-cu il üzrə maliyyə-təsərrüfat fəaliyyəti barədə idarə heyətinin hesabatı.
2. Müşahidə şurası (direktorlar şurası), icra orqanı və təftiş komissiyasının formalaşdırılması.
3. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu- (050) 363 31 91