2 mart 2026-cı il saat 12:00-da “Səyyarmextikinti” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 2 nömrəli ünvanda (“Səyyarmextikinti” ASC-nin inzibati binasında) olacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Səyyarmextikinti” Açıq Səhmdar Cəmiyyətinin 2024 və 2025-ci illər üzrə maliyyə nəticələrinin təsdiq edilməsi.
2. “Səyyarmextikinti” Açıq Səhmdar Cəmiyyətinin kreditor borclarının ödənilməsi ilə bağlı məsələnin müzakirəsi.
Səhmdarların və ya etibarnamə üzrə nümayəndələrinin həmin yığıncaqda iştirakı vacibdir.










