“Qafqazenerqoservis” Şirkəti öz öhdəliklərini ödəmək qabiliyyətinin olmaması səbəbindən barəsində iflas prosesinə başlanılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə qərar təsisçinin 14 yanvar 2026-cı il tarixli qərarı əsasında qəbul olunub.
Qərara əsasən, Səfərli İlahə Fikrət qızı “Qafqazenerqoservis” Şirkətinin əmlak inzibatçısı təyin edilib. Əmlak inzibatçısının ünvanı AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi 15, mənzil 6-dır.
Kreditorların ilkin iclası 03 fevral 2026-cı il tarixdə saat 17:00-da Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 8, ofis 14C ünvanında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 19 iyul 2004-ci ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi təmsilçisi Altay Mürsəl oğlu Novruzovdur.
Şirkətin dövlətə 61 min 300,67 manat ödənilməmiş vergi borcu var.










