2023-cü il yanvarın 31-də "Səba" ASC-nin səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı keçiriləcək.
«Bakı İnşaat-1» ASC-nin - SƏHMDARLARI TOPLANIR
FED.az xəbər verir ki, ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcək:
1. "Səba" Açıq Səhmdar Cəmiyyətinə bərpa olunmayan kredit xəttinin açılması üçün ASC "Xalq" Bankına müraciət olunması.
2. Bankla cəmiyyət arasında bağlanması nəzərdə tutulan kredit xətti müqaviləsi üzrə kredit öhdəliklərinin icrasının təminatı qismində cəmiyyətə məxsus daşınmaz əmlakın bankın xeyrinə sonrakı girov/ipotekaya qoyulması.
3. "Səba"ASC-nin Direktorlar Şurası barədə.
4. Digər məsələlər.
Yığıncaq göstərilən tarixdə, saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında cəmiyyətin inzibati binasında keçiriləcək.
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar Ümumi Yığıncağın gündəliyinin layihəsinə dair təkliflər vermək və gündəliyə daxil edilmiş məsələ (və ya məsələlər) üzrə müvafiq sənədlərlə Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında tanış olmaq hüququna malikdirlər.
Cəmiyyətin bütün səhmdarlarının diqqətinə çatdırılır ki, hazırda ölkədə davam edən pandemiya şəraiti ilə əlaqədar olaraq Ümumi Yığıncağın, məsafədən (onlayn) qaydada Zoom proqramı vasitəsilə səhmdarların cəmiyyətə təqdim etdikləri telefon nömrələrinə və ya e-mail ünvanlarına bir neçə gün öncədən iştirak linki göndərməklə keçirilməsi mümkündür.
Gündəliklə əlaqədar münasibət bildirilməsi üçün və ümumi yığıncağın onlayn qaydada keçirilməsi zamanı təlimat almaq üçün əlaqə telefonu: (+994 12) 404-44-41;
Ümumi Yığıncağın keçiriləcəyi ünvan: AZ 0100, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1.