“Müasir Mühəndis Texnologiyaları” MMC-nin 07 dekabr 2026-ci il tarixində saat 11:00-da təsisçilərin ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, gündəlikdə duran məsələlər aşağıdakılardır:
1. “Müasir Mühəndis Texnologiyaları” MMC-nin təsisçisinin dəyişməsi ilə əlaqədar cəmiyyətin nizamnaməsinə dəyişiklilər layihəsinin təsdiqi.
2. “Müasir Mühəndis Texnologiyaları” MMC-nin reyestr məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması.
Yığıncaqda şəxsən və ya nümayəndə vasitəsilə iştirak etmək olar.
Şəxsiyyət vəsiqəsi və etibarnamənin əslinin (nümayəndələr üçün) təqdim edilməsi zəruridir.
Etibarnamələr QR-kodlu olmadıqda, onların notariusda təsdiq olunmuş nüsxələri ilə yaxınlaşmaq tələb olunur.
Təsdiq olunmuş sürətləti ümumi sənədlərə əlavə olunacaq.
İclasın keçiriləcəyi ünvan: Bakı şəhəri, Ələsgər Qayıbov küç. 6 (Kondisionerlər zavodunun yanında. Metro “BakMil” Yanğın söndürən məntəqə ilə üzbəüz).
Əlaqə tel. (050) 407-25-03











