21 yanvar 2026-cı il tarixdə, saat 11:00-da “Azərşin” ASC-nin (VÖEN: 1500490311) səhmdarlarının növbəti ümumi yığıncağının keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi, 8, “Azərşin” ASC-nin inzibati binası ünvanında baş tutacaq.
İclasın gündəliyində aşağıdakı məsələlər durur:
1. Ümumi Yığıncağın gündəliyinin təsdiq olunması;
2. “Azərşin” ASC-nin ləğv edilməsi barədə qərarın qəbul edilməsi;
3. “Azərşin” ASC-nin ləğv edilməsi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması (sədr və üzvlərinin müəyyən edilməsi);
4. Dövlət orqanlarında sənədlərin qeydiyyata alınması ilə bağlı səlahiyyətli şəxsin (hüquqi və ya fiziki) təyin olunması;
5. Digər məsələlər.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir. Əksi halda şəxsiyyəti müəyyən olunmadığı üçün iclasda iştirakı qeydə alınmayacaq.
Əlaqə telefonu: (055) 415-90-26











