"Heineken NV" Rusiyadakı biznesini Rusiyadan yeni səhmdara ötürüləcəyini açıqlayıb.
Eləcə də bax: Daha bir pivə şirkəti Rusiyaya ixracını və investisiya layihələrini - DAYANDIRIB
FED.az şirkətin açıqlamasına istinadən xəbər verir ki, həmin vaxta qədər şirkətin yeddi pivə zavodunun hamısı iş yerlərini saxlamaq şərtilə, müştərilərinə və istehlakçılara xidmət göstərmək üçün fəaliyyətini davam etdirəcək.
Şirkət 2022-ci ilin sonuna qədər Rusiyada bütün işçilərinin əmək haqlarının saxlanmasına zəmanət verir. Həmçinin müştərilər, tərəfdaşlar və istehlakçılar qarşısında öhdəliklərin yerinə yetirilməsi prioritet olaraq qalır.
Daha əvvəl şirkət bildirmişdi ki, "Heineken" Rusiya Federasiyasında "Heineken" brendi altında pivə istehsalı və satışını dayandırır, bütün zavodlar işləməyə davam edir. Bundan əlavə, şirkət “Heineken” konserninin Rusiya bölməsinin əməliyyat fəaliyyətindən maliyyə gəlirləri almaqdan imtina etdiyini bildirib. Bu qərar şirkət tərəfindən Ukraynada vəziyyətin inkişafı ilə əlaqədar qəbul edilib. Bu o deməkdir ki, şirkət Rusiyadakı törəmə müəssisəsindən nağd pul, qonorar və dividendlər almayacaq.
"Heineken United Brewery" MMC dünyanın 70 ölkəsində təmsil olunan premium pivə və sidr istehsalı üzrə dünya lideri olan Hollandiyanın "Heineken N.V" konserninin Rusiya bölməsidir. (Marja)