Hollandiyanın Heineken konserni Rusiyaya pivə ixracını və ölkədə investisiya layihələrini dayandırıb.
Eləcə də bax: Rusiyada Baltika pivəsinin istehsalı dayandırılır - SANKSİYAYA DÜŞDÜ
FED.az xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
“Heineken konserni yeni investisiya layihələrinin, habelə Rusiyaya pivə ixracının dayandırıldığını elan edir”, - məlumatda deyilir.
Eyni zamanda, konsern vurğulayıb ki, Rusiyanın bütün zavodları, şirkətin əməliyyat və kommersiya bölmələri adi qaydada işləməyə davam edir ki, bu da istehsalın yüksək səviyyədə lokallaşdırılması, xammal və materialların daxili bazardan alınması ilə əlaqədardır.
"Bizim prioritetimiz işçilərin təhlükəsizliyi və rifahı, eləcə də müştərilər, tərəfdaşlar və istehlakçılar qarşısında öhdəliklərin yerinə yetirilməsi olaraq qalır" - Heineken bildirib. (Marja)