"Gəncə-Şəfəq-Ticarət" ASC (VÖEN 2300279401) 30.05.2024-cü il tarixdə saat 10:00-da cəmiyyətin növbəti iclasının keçirilməsini elan edir.
FED.az xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Atatürk prospekti 261 ünvanında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin 2023-cü maliyyə ili üzrə illik hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesablarının təsdiq edilməsi.
2. Cəmiyyətin 2022 və 2023 maliyyə illəri üzrə bölüşdürülməmiş mənfəət hesabına dividendin verilməsi.
3. Cəmiyyətin direktorlar (müşahidə) şurasının yeni tərkibinin təsdiq edilməsi.
Cəmiyyətin növbəti iclasının gündəliyi ilə Gəncə şəhəri, Atatürk prospekti 261 ünvanında tanış ola bilərsiniz.