Özbəkistan Statistika Agentliyinin məlumatına görə, 1 iyul 2024-cü il tarixinə Özbəkistanda xarici investisiyalı 13 880 müəssisə və təşkilat fəaliyyət göstərir.
Özbəkistan şirkəti Azərbaycana 92,5 milyon manat investisiya yatıracaq
FED.az Agentliyin məlumatına istinadən xəbər verir ki, Rusiya kapitalı ilə 2911 müəssisə qeydiyyatdan keçib.
Qazaxıstan investorları 1043, Tacikistandan 291, Qırğızıstandan isə 267 müəssisə yaradıblar.
Bundan əlavə, Özbəkistanda Azərbaycan investisiyalı 230, Belarusdan 207, Türkmənistandan 186 şirkət qeydiyyatdan keçib.
Ermənistandan olan investorlar 44, Moldovadan isə 24 müəssisə yaradıblar. (Marja)