26 noyabr 2024-cü il, saat 11.00-da “Oğuz Aqrotexservis” ASC səhmdarlarının növbədənkənar illik ümumi yığıncağı keçiriləcək.
FED/az xəbər verir ki yığıncaq Oğuz rayonunun Padar kəndi, səhmdar cəmiyyətinin həyətində baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Oğuz Aqrotexservis” ASC-nin idarə heyəti sədrinin yenidən seçilməsi.
2. Cəmiyyətin nizamnaməsində dəyişikliklərin olunması.
3. Səhmdar cəmiyyətin 2023-cü il üçün maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
4. Digər məsələlər.
Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyi üzrə materiallarla ümumi yığıncaq zamanı tanış olmaq mümkündür.