06 dekabr 2024-cü il saat, 11.00-da “Cəlilabad Aqrotexservis” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq Cəlilabad şəhəri, A.Azərtürk küçəsi, ev 100A ünvanında baş tutacaq.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı;
2. Cəmiyyətin icra orqanının formalaşdırılması;
3. Digər məsələlər
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (055) 208 40 65