Azərbacanda 1C proqram təminatının rəsmi distribütoru olan “Azerbaijan 1C Distribution” şirkətinin icraçı direktoru Nərmin Aşirovanın FED.az saytına eksklüziv müsahibəsi
- Nərmin xanım şirkətinizin fəaliyyəti haqqında məlumat verməyinizi istərdik.
- Şirkətimiz 2020-ci il iyulun 1-dən fəaliyyətə başlayıb. Əsas fəaliyyət istiqaməti ölkədə 1C proqram təminatının tərəfdaşlarla birgə satışının və 1C brendinin geniş tanınmasının təmin edilməsidir. Bundan başqa, bizim əsas prioritet sahələrimizdən biri də 1C proqram təminatlarının lisenziyasız istifadəsinə (piratçılığa) qarşı mübarizə aparmaqdır. Bu istiqamətdə işlərimizi davam etdiririk.
- 1C proqram təminatı nədir və nə kimi üstünlükləri var?
- 1С proqram təminatı dedikdə, ilk növbədə 1C:Məssisə 8 platformasında hazırlanmış tətbiqi həllər nəzərdə tutulur. 1C tətbiqi həlləri biznesin müxtəlif istiqamətlərinin tələblərini ödəyən funksionallıqlar təqdim edir. Bura mühasibat uçotunun avtomatlaşırılması da daxil olmaqla mürəkkəb proseslərin avtomatlaşdırılması üçün tələb olunan ERP (enterprise resource planning) həllər də daxildir. 1C Firması 30 ildən artıq fəaliyyət göstərir. Bütün MDB ölkələrində avtomatlaşdırılmış iş yerlərinin sayına görə lider mövqeni tutur. Digər analoqlarından fərqli olaraq funksionallıq və qiymət balansına görə daha əlçatandır və bu da onun seçilməsində əsas rol oynayır. 1C həmçinin yerli tələblərə cavab verən lokallaşdırılmış proqram təminatlarını da təqdim edir.
- Lokallaşdırılmış proqramlar dedikdə nəyi nəzərdə tutursunuz?
- Lokallaşdırılmış proqram təminatları və ya tətbiqi həllər yerli qanunvericiliyə uyğunlaşdırılmış standart 1C proqram təminatlarıdır. Bu proqram təminatlarının lokallaşdırılması ilə 1C Firmasının sifarişi ilə yerli tərəfdaşlar məşğul olur. Biznes proseslərin müəssisə reqlamentləşdirilməsində iştirak edən qanunlar, qaydalar və ya məcəllələr təşkil edir, məsələn Vergi məcəlləsi, Mülki məcəllə, Əmək məcəlləsi, Mühasibat haqqında qanun və müvafiq qaydalar və s. Həmin proqram təminatları müvafiq orqanlarla inteqrasiya imkanlarını və hesabatlıqları təmin edir. Hazırda Azərbaycan üçün 6 lokallaşdırılmış 1C proqram təminatı vardır:
1C: Müəssisə mühasibatı 3-cü veriya;
1C:Əmək haqqı və personalın idarə edilməsi 3-cü versiya;
1C:Kompleks avtomatlaşdırma 2-ci versiya;
1C:Ticarətin idarə edilməsi 11-ci versiya;
1C:Şirkətin idarə edilməsi 3-cü verisya;
1C:Pərakəndə 3-cü versiya;
Qanunvericiliyin təmin edilməsi, funksionallığın inkişafı və hər hansı texniki xətaların aradan qalıdırılması üçün lokallaşdırılmış məhsullar da daim yenilənir.
- Hazırda ölkədə neçə 1C partnyor şirkət fəaliyyət göstərir?
- Hazırda ölkədə 35-ə qədər tərəfdaş fəaliyyət göstərir. Onlar 1C françayzi adlanır. Tərəfdaşlar kompetensiyalarından asılı olaraq reytinqlərə məxsusdurlar. Bəzi tərəfdaşların kompetensiyalarını təsdiq edən statusları vardır: 1C:ERP kompetensiya mərkəzi və ya 1C:KORP kompetensiya mərkəzi. 1C Firması daimi olaraq tərəfdaşlarını monitorinq edir və onların fəaliyyətini qiymətləndirir. 1C – in Azərbaycanda olan rəsmi tərəfaşlarının siyahısını və onlar haqqında məlumatı www.1caz.az saytından əldə etmək olar. Sayt həmçinin proqram təminatları haqqında da məlumat təqdim edir.
- 1C proqram təminatları lisenziyası nədir?
- Bütün proqram təminatlarında olduğu kimi 1C proqram təminatlarından istifadə etmək üçün lisenziya tələb olunur. 1C proqram təminatlarının istifadə tələbindən asılı olaraq bir neçə növü vardır. Əvvəla 1C tətbiqi həll üçün lisenziya alınmalıdır. Bütün tətbiqi həllər həm tətbiqi həllin özünün lisenziyasını və ən azı 1 istifadəçi lisenziyasını daxil edir. Bəzən xüsusi komplektlər olur ki, orada istifadəçi lisenziyasının sayı çox olur. Bundan başqa əlavə istifadəçi lisenziyaları almaq mümkündür. Əgər müştəri – server infrastruktunun qurulması nəzərdə tutulursa, bu zaman əlavə server lisenziyası da tələb olunur. Ümumilikdə 1C Firması tərəfindən təqdim olunan proqram təminatlarına yalnız platforma ilə bağlı lisenziyaların alınması kifayət edir və proqram təminatlarının kodu açıq şəkildə təqdim edildiyi üçün müştəri tələbləri uyğunlaşdırma imkanları yaradır. Lakin bəzən sənaye xarakterli proqram təminatları vardır ki, orada bəzi kodlar bağlıdır və onlar ayrıca lisenziyalaşdırılır, yəni 1C platforma lisenziyalarından əlavə sənaye xarakterli lisenziya əldə edilməlidir.
1C lisenziyaları ümumilikdə iki kateqoriyaya ayrılır: PROF və KORP lisenziyalar. KORP lisenziyalar daha çox böyük müəssisələrə təklif edilir. Belə ki, orada texnoloji olaraq əlavə imkanlar təqdim edilir. Lisenziyalaşdırma ilə bağlı ətraflı məlumatları bizim tərəfdaşlardan əldə etmək olar.
- Lisenziyasız proqram təminatından istifadə etmənin nə kimi fəsadları vardır?
- Əvvəla qeyd etməliyik ki, lisenziyasız proqram təminatlarının istifadə olunması ilk növbədə müəllif hüquqlarının pozulmasıdır və hüquqi nəticələr yarada bilər. Ikinci tərəfdən 1C Firması daim texnoloji səviyyədə öz proqram təminatlarını inkişaf etdirir və qorumağa çalışır. Nəticədə lisenziyasız məhsul istifadə edənlər yeni texnologiyaları istifadə edə bilmirlər. Bundan başqa lisenziyasız istifadə edilən 1C Müəssisə platforması texniki müdaxilə edildiyindən stabil işləmir.
Pirat məhsullardan əsasən kiçik şirkətlər və fərdi sahibkarlar istifadə edir. Bəzən orta və iri müəssisələrdə də şahid oluruq. Belə müəssisələr ya öz işçilərinin, ya da digər fərdi işləyən 1C proqram təminatında təcrübəsi olan mütəxəssislərin qurbanı olurlar. Adətən bu müəssisələrdə proqram təminatı ya köhnə olur, ya da tam tətbiq edilmir və çox zaman da keyfiyyətsiz olur. Bu səbəblərdən biz müəssisələrə lisenziyalı istifadə etməyi və düzgün tərəfdaşlarla implementasiya etməyi məsləhət görürük.
İrihəcmli layihələrdə birbaşa 1C Firmasını da cəlb edilə bilər. Belə layihələrdə 1C Firması layihənin keyfiyyətinə nəzarət edir və düzgün layihə idarəetmə texnolgiylarından istifadə edilir. Lisenziyalı məhsullar daim 1C Firması tərəfindən dəstəklənir, həm platforma üzrə, həm də məhsul üzrə daimi yenilənmələr təqdim edilir.
Hazırda lisenziyasız proqram təminatı istifadə edən müəssisələr haqqında məlumatlar toplanılır. Onlarla görüşüb məsələni həm hüquqi, eyni zamanda texniki tərəfləri müzakirə edilir. Əgər konstruktiv həll əldə edilmirsə, onlarla bağlı qanunvericiliyə uyğun iddiaların qalıdırılması nəzərdə tutulub. Hazırda piratlığa qarşı mübarizə aparan qurum yaradılıb. Piratlıqla bağlı şübhələri olanlar [email protected] email ünvanına yaza bilərlər. Bütün məlumatlar məxfi saxlanılır. Əlbəttə iddia piratlığı yayan tərəflərə də qarşı qaldırılması nəzərdə tulub. Pirtalıqla məşgul olan hüquqi və ya fiziki şəxslər ola bilər.
- Digər proqram təminatlarından istifadə edən şirkətlər 1C-yə necə keçid edə bilərlər?
- Digər proqram təminatlarında 1C proqram təminatlarına keçid üçün birinci növbədə peşəkarlara müraciət etmək lazımdır. Bu sahədə bizim tərəfdaşlar köməklik edə bilərlər. İlk növbədə düzgün 1C proqram təminatı seçilməlidir.
- 1C proqram təminatlarının inteqrasiya imkanları varmı?
- 1C Müəssisə 8 platforması həm müxtəlif ticari avadanlıqlarla, həm də proqram təminatları ilə inteqrasiya imkanlarını təqdim edir. Bunun üçün platforma servis olaraq müxtəlif APİ (applicaiton interface) tərtib edilməsi imkanlarını, həm də RESP APİ təqdim edir. Bundan başqa 1C:Müəssisə 8 müxtəlif sənədlərlə, o cümlədən MS Word, MS Excel, text formatlı sənədlər və s. tipli sənədləri dəstəkləyir.
- 1C məhsulları və qiymətləri haqqında geniş məlumat haradan və necə əldə etmək olar?
- Lokallaşdırılmış məhsullar və onların qiymətləri və o cümlədən digər lisenziya qiymətləri haqqında məlumatı www.1caz.az saytından əldə edə bilərsiz. Bundan əlavə, digər məhsullar haqqında geniş məlumatı solutions.1c.ru saytından da əldə etmək mümkündür. Proqram təminatını əldə etmək istəyənlərə ilk növbədə saytımızda olan qiymətlərlə tanış olmağı tövsiyə edirik. 1C proqram təminatının qiymətləri sabitdir və aktualdır. Tərəfdaşlar tərəfindən dəyişdirilə bilməz.
- 1C üzrə mütəxəssislər bazarda çoxdurmu, müəssisələr öz işçilərini 1C mütəxəssisi kimi harada hazırlaya bilər? Bu istiqamətdə hansı məsləhətləri verə biləriniz?
1C proqram təminatı bazarda geniş yayıldığı üçün digər proqram təminatlarından fərqli olaraq təcrübəli mütəxəssislər çoxdur. Lakin tələb daim artır. Bu tələbi qarşılamaq üçün təlim mərkəzləri tərəfindən müxtəlif təlimlər təklif olunur. Biz yalnız 1C sertifikatlaşdırılmış təlim mərkəzlərinə müraciət etməyi tövsiyə edirik. Belə ki, bu mərkəzlərdə istifadə olunan tədris materialları 1C Firması tərəfindən təqdim edilir və təlimçilər 1C sertfikatına malikdir. Təlimləri uğurla keçmiş tələbələr həm 1C tərəfindən təsdiq edilmiş dinləyici sertifikatı əldə edirlər, həm də imtahandan keçərək səriştələrini təsdiq edən 1C peşəkar sertifikatını əldə edə bilərlər.
- Mövcud 1C proqram istifadəçilərinə - şirkətlərə hansı tövsiyələri edərdiniz?
- Tələblər dəyişir, texnologiyalar inkişaf edir 1C proqram təminatıları daim inkişafdadır. Bu səbəbdən həm proqram təminatlarının yenilənməsi, həm də işçilərinin yeni səriştə əldə etmələri üçün təlimlərdən keçmələrini tövsiyə edirik.
- Gələcəkdə 1C-dən nə kimi yeniliklər gözləmək olar?
- Texnoloji çağırışlara cavab vermək üçün 1C Firması daimi olaraq öz texnologilarını da inkişaf etdirir. Hazıda veb texnologiyalarına əsaslanan yeni mütərəqqi platforma hazırlanır: 1C: Müəssisə Element. Artıq bir neçə yeni məhsullar bu platformanın əsasında yaradılıb. Bunların içərisində 1C Analitika və 1C Şina-nı qeyd etmək istərdim.
1C: Analitika Bİ (Business İntelligence) xarakterli məhsuldur, müxtəlif mənbələrdə məlumatları alıb vizuallaşdıra bilir.
1C:Şina isə ESB (Enterprise Service Bus) tipli məhsullar qrupuna aiddir və müxtəlif proqram təminatları arasında məlumat mübadiləsini təmin edir. Bundan əlavə aktiv olaraq ilkin sənədlərin tanınması üçün OCR (Optical character recognition) texnologiyalarının tətbiq edilməsi, eləcə də proqram təminatında kolloborativ imkanların genişləndirilməsi, səsin tanınması və sintezi sahəsində də aktiv işlər apalır. Onu demək istərdim ki, yaxın bir ildə bizləri maraqlı sıçrayışlar gözləyir.
- Müsahibə üçün təşəkkür edirik
- Mən təşəkkür edirəm