“S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu” MMC (VÖEN: 6500044821) fəaliyyətinə xitam verilir“.
FED.az biznes və maliyyə xəbərləri protalı xəbər verir ki, zavod "Azerbaijan Fish Farm” MMC-yə (VÖEN: 1403892741) qoşulduğunu və “Azerbaijan Fish Farm” MMC “S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
Xatırladaq ki, “Azerbaijan Fish Farm” 2017-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 88 milyon 630 min manatdır və qanuni təmsilçisi Kənan Xanoğlan oğlu Məmmədlidir.Hüquqi ünvanı AZ1010, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, NEFTÇİLƏR PR., ev.153 ünvanıdır.
"S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu” isə 4 may 1995-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 760 min 920 manatdır və qanuni təmsilçisi Yusifli Maqsud Malik oğludur.Hüquqi ünvanı AZ4725, NEFTÇALA RAYONU, YENİKƏND ünvanıdır.











