“Neftyoltikintitəmir” ASC səhmdarlarını ümumi yığıncağa çağırır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq 11 aprel 2026-cı il tarixində saat 09:00-da Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi 47, “Füzuli Residence” binası, 2-ci mərtəbə ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
-
Cəmiyyətin İdarə Heyətinin üzvlərinin və yeni sədrinin seçilməsi;
-
Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin seçilməsi;
-
Cəmiyyətin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
Yığıncaq iştirakçılarının qeydiyyatı saat 09:00-da başlanacaq. Səhmdarlar yığıncaqda şəxsən və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlər. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.
Gündəliyə daxil edilən məsələlərlə bağlı əlavə məlumat almaq üçün cəmiyyətin hüquqşünası Sənan Şamilə müraciət etmək olar. Əlaqə telefonu: (051) 244-40-57.












