“Sumqayıt Tekstil” MMC nizamnamə kapitalının azaldıldığını elan edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 10 milyon 112 min manatdan 5 milyon 450 min manata endirilib.
Beləliklə, cəmiyyətin nizamnamə kapitalı 4 milyon 662 min manat və ya təxminən 46,1% azaldılıb və yeni məbləğ 5 milyon 450 min manat səviyyəsində müəyyən edilib.
Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Rzabəyli Fərid Fərhad oğludur. Hüquqi ünvanı AZ5004, SUMQAYIT ŞƏHƏRİ, SÜLH KÜÇƏSİ, ev.3 ünvanıdır.












