İyunun 19-da «Neftqazmaş» ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbğər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə olunacaq: I. Səhmdar cəmiyyətinin idarəetmə orqanlarının 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı.
II. Cəmiyyətin nizamnaməsinin 3.1 “cəmiyyətin səhmdarları” maddəsində dəyişiklik edilməsi.
III. Mənfəətin bölüşdürülməsi.
İclas Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Oktyabr küçəsi 29, ünvanında keçiriləcək.