“Zeta Clothing” MMC-yə məxsus mağazada qiymət pozuntusu aşkarlanıb.
"Rahat Market" ard-arda müştəriləri aldadıb, malı baha qiymətə satıb – CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan yoxlamalar zamanı “Zeta Clothing” MMC-nin fəaliyyətində istehlakçı hüquqlarının pozulması faktı müəyyən edilib.
Keçirilən yoxlama zamanı məlum olub ki, mağazada qeyri-qida məhsulu üzərində göstərilmiş qiymətdən daha baha qiymətə satılıb. Bu isə istehlakçıların az miqdarda aldadılması halı kimi qiymətləndirilib.
Faktla bağlı şirkətin fəaliyyəti “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndinə zidd hesab olunub. Pozuntuya görə 14 iyul tarixində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi əsasında inzibati protokol tərtib edilib.