Müştərilərinin yaxın və qənaətli qonşusu olan “OBA” marketlər şəbəkəsi sentyabr ayında da gündəlik tələbat məhsullarına yüksək endirimlər tətbiq edib.
FED.az xəbər verir ki, Azərbaycanın dörd bir yanında fəaliyyət göstərən “OBA” xüsusi günlərdə də alıcılarını sevindirməyə çalışır. Marketlər şəbəkəsi sentyabr ayı ərzində 10-dan çox kampaniya edərək müştərilərinə 70 faizədək qənaət imkanı yaradıb.
Belə ki, “Qənaətin vaxtıdır”, “Qonşu gəlirik”, “Büdcə dostu həftəsonu”, “Əlaçı qiymətlər”, “Səbət-səbət endirim”, ““OBA”mızda ulduz var”, “Təmiz qənaət”, “Əsl vaxtıdır” və sair kampaniyalar müştərilər tərəfindən böyük marağa səbəb olub.
Xüsusilə 14-27 sentyabr tarixlərini əhatə edən "Qənaətin vaxtıdır” kampaniyası istehlakçıların marağına səbəb olub. Belə ki, kampaniyadan yararlanan müştərilər yerli və dünya brendlərindən olan bir çox məhsulu endirimlə əldə ediblər.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA Market” MMC 6000-ə yaxın əməkdaşı ilə vətəndaşlarımıza xidmət etməkdən qürur duyur.