Maliyyə Nazirliyinə məxsus “Maliyyə və uçot jurnalı redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1700377561 ləğv olunduğunu elan edir.
Marja.az Şirkətin Bildirişinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev küçəsi, mənzil 135 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Maliyyə və uçot jurnalı redaksiyası” MMC 2005-ci ilin fevral ayının 18-də yaradılıb. Onun nizamnamə kapitalı 13 min 931.2 manatdır. Qanuni təmsilçisi Elbur Cəfərov Əhməd oğludur.