Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məşhur türk aşpaz Nüsrət Gökçenin restoranında olub və özünə üzəri nazik qızıl səthi ilə örtülmüş 1000 dollarlıq steyk sifariş edib.
Eləcə də bax: Bu restoranda qiymətə baxmırlar – QƏSSAB KÖMƏKÇİSİNİN UĞUR HEKAYƏSİ
FED.az xəbər verir ki, bu barədə Gökçenin instaqram səhifəsinə istinadən bildirilir.
Eləcə də bax: Məşhur aşbaz minlərlə izləyicisinə hədiyyə payladı - VİDEO
Aşpaz ənənəsinə uyğun olaraq əti özünəməxsus şəkildə doğrayıb, onu duzlamağı isə Konora həvalə edib.
N.Gökçenin bu videosu 7 milyona yaxın izləmə sayı, 8 mindən çox şərh toplayıb. (Qafqazinfo)