Əcaib və bənzərsiz “Salt bae” hərəkəti ilə bütün dünyada məşhurlaşan türkiyəli aşbaz və iş adamı Nüsrət Gökçe koronavirus pandemiyası səbəbi ilə evlərində qalan pərəstişkarlarını sevindirib.
Eləcə də bax: Məşhur aşpazdan qadınlara - 8 MART JESTİ - FOTO
FED.az xəbər verir ki, adını brendləşdirən Nüsrət 25 min heyranına çoxlu sayda planşet, mobil telefon, televizor, kofe aparatı, paltaryuyan maşın, mebel, geyimlər və müxtəlif əşyalar yollayıb.
27 milyonluq “Instagram” hesabında Gökçe aldığı hədiyyələri bir-bir imzalayaraq, “Ölkəmin hər yerindən mənlə əlaqə quran 25 min həmvətənimin xəyallarını reallaşdırdığım üçün bu gün fərqli huzur yaşayıram. Sizlərin xoşbəxtliyi mənim həyat motivasiyamdır” başlığı ilə video paylaşıb.
Qeyd edək ki, bu, N.Gökçenin ilk təqdirəlayiq addımı deyil. Belə ki, dünya şöhrətli aşbaz yanvar ayında Türkiyənin Elazığ bölgəsində baş verən 6,8 ballıq zəlzələdən sonra ağır və dözülməz şəraitə düşən insanlara 1 milyon 22 min lirəlik (təxminən 250 min manat - red.) yardımlar edib.
Oxu