Bu ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 50-yə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti yararlanıb.
Balıq bazarı ilə bağlı - Bazar Araşdırması Aparılıb
FED.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, sərgilərdə iştiraka dəstəkdən istifadə etmək üçün bu dövrdə KOB subyektlərindən Agentliyə 121 müraciət daxil olub. Onlardan müvafiq tələblərə cavab verən 38 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 4 sərgidə (3-ü ölkədə, 1-i xaricdə olmaqla) ödənişsiz iştirakı təmin edilib. Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər. Ətraflı: https://bit.ly/3KA0f1N
6 ay ərzində ticarət şəbəkələrinə çıxışa dövlət dəstəyi mexanizmindən yararlanmaq üçün Agentliyə KOB subyektlərindən 38 müraciət daxil olub ki, onlardan müvafiq qaydalara uyğun olan 6 KOB-a dəstək göstərilib. Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə satış yerlərinin sayı artırılaraq 6-ya çatdırılıb. Mikro və kiçik sahibkarlıq subyektləri güzəştli şərtlərlə məhsullarının "Bravo" hipermarket, "Bolmart" supermarket, "Bizim market", "Şərq bazarı" Ticarət Mərkəzi və digər ticarət şəbəkələrində satışının təşkil olunması üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3OOjF5F