Avstraliyada işgüzar səfərdə olan İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bu ölkədə sahibkarlıqla məşğul olan Azərbaycan və Türkiyə iş adamları ilə ticarət əlaqələrinə dair fikir mübadiləsi aparıb.
Daha iki marketdə mikro və kiçik sahibkarların məhsullarının satışı - TƏŞKİL OLUNDU
FED.az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
O.Məmmədov Sidney şəhərində fəaliyyət göstərən Azərbaycan və Türkiyə iş adamları, eləcə də Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Sidney nümayəndəliyi ilə görüşüb.
Görüşdə tikinti, təhsil, qida və nəqliyyat-logistika sektorlarında çalışan iş adamları ilə xarici ölkədə biznes fəaliyyətinə, ticarət əlaqələrinə dair fikir mübadiləsi aparılıb, KOBİA-nın fəaliyyətinə, yerli və xarici iş adamları arasında birgə təşəbbüslərin reallaşdırılmasına Agentliyin dəstəyi barədə məlumat verilib.