Dünyanın fast-fud bazarında mühüm yenilik baş verməkdədir.
FED.az xəbər verir ki, bir sıra tanınmış fast-fud brendləri artıq süni yolla hazırlanmış ətə keçirlər. Məhşur KFC brendi – «Kentucky Fried Chicken» şirkəti süni ət istehsalında ixtisaslaşan «Beyond Meat» şirkəti ilə əməkdaşlığa başlayıb. Məqsəd bitki mənşəli ətdən hazırlanan «toyuq naqqetsləri» və «toyuq qanadları» satmaqdır.
Eləcə də bax: KFC toyuqsuz qalıb
Hazırda demək olar ki, bütün iri fast-fud şəbəkələri təbbi ətin əvəzedicisi ilə işləyirlər.
«KFC» ilk dəfə bu məhsullarını bu həftəsonu Atlantada təqdim edib. Alıcılar süni ətdən hazırlanan və tərkibində əsl toyuq əti olmayan «toyuq naqqetsləri» və «toyuq qanadları» alıblar. Müştərilər süni ətdən olan qidaları dadmaq üçün və ya tam porsiya ala bilərdilər. Naqqetslər 2 dollar, qanadlar isə 1 dollar idi. Bundan sonra KFC müştərilərin fikirlərini toplayacaq. Əgər müsbət rəy olarsa, yeni məhsulun geniş sınaqlarına və gələcəkdə hər yerdə tətbiqinə başlanacaq. «Beyond Meat» iddia edir ki, istehsal etdiyi süni ət öz dadına görə, əsl ətdən seçilmir və məhz ətyeyənlər üçün nəzərdə tutulub. «Beyond Fried Chicken» adlı məhsul da istisna deyil.
KFC-nin öz investorları bu yenilikdən razı qalıblar və şirkətin səhmləri sürətlə bahalaşıb.
Bitkidən hazırlanan süni ət artıq trendə çevrilib. «Nestlé» və «Unilever» kimi məşhur istehsalçılar artıq canlı ətinin istifadə olunmadığı məhsullar buraxırlar. «Burger King» şəbəkəsi isə «Beyond Meat»ın digər rəqibi — süni ət istehsal edən «Impossible Burger» şirkəti ilə əməkdaşlıq edirlər.
Belə ətin tərkibində noxuddan alınan zülallar dayanır. KFC «Beyond Meat»in ilk partnyoru deyil, onun kotletləri farş və sosiskaları ABŞ bazarını doldurmaqdadır. ABŞ-da «Beyond Meat»ın kotletləri ənənəıvi ətdən 5 dəfə bahadır. Bu biznesə Bill Qeyts və Leonardo Di Kaprio da yatırımlar ediblər. May ayında şirkət özünün ilk İPO-suna çıxıb və o vaxtdan onun səhmləri 6 dəfə bahalaşıb və görünür, bu son deyil.