Əliyeva Səriyə 1991-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə məktəbi bitirib. Tibb sahəsində təhsil alıb və 2 il bu sahədə çalışıb.
Səriyyə necə oldu ki, öz işinizi qurmaq qərarına gəldiniz?
İşə necə başladığımı həmişə məndən soruşurlar. Mən ümumiyyətlə işləməyi sevən insanam. Hər gün işdən gələndən sonra kinoya baxırdım ve ya telefonla sosial şəbəkələrdə vaxtımı keçirirdim. Saat 12-də yatırdım və səhər yenidən işə gedirdim. Bir gün işdən evə gəldim və başa düşdüm ki, vaxtım boşa gedir. Sweet.cakes.bak
Sizcə uğur qazanmağınızın əsas səbəbi nə olub?
Fikrimcə əsas səbəb bazarın boşluğu olub. 2015-ci ildə işə başlayanda bazarda cəmi 2-3 böyük şirkət var idi. Artıq bu gün o böyük şirkətlər məni özlərinə rəqib kimi görürlər. Heç vaxt ağlıma gəlməzdiki, bu yerlərə gəlib çıxaram.
İşə nə qədər investisiya ilə başlamısız?
1 manat 20 qəpiyə ilk ləvazimatımı almışam. Demək olar ki, sıfırdan qurmuşam işimi.
İlk sifarişiniz yadınızdadır?
Bəli yadımdadır. Cəmilə adlı xanım idi. Peçenye sifarişi vermişdi. 1 il ərzində peçenyeye böyük tələbat oldu. Ancaq biz artıq o peçenyeləri ve cupcakeleri hazirlamirig. Həm vaxt aparır, hem de cox xirda isdir. Indi daha böyük işlər görürük.
İlk sifarişdən nə qədər qazanmışdız?
Cəmi 6 manat qazanmışdm. Tək idim və həvəsli idim. Ona görə də çox işləyirdim. Hətta çalışdığım işimi də tərk etedim və bütün gücümü bu işə sərf etməyə başladım. May ayında bu işə başladım 3 aydan sonra əvvəlki işimdən çıxdım.
Nə qədər maaş alırdınız?
500 manat maaş alırdım. Hazırda dəfələrlə çox qazanıram. Günə 10-15 sifariş çatdırırıq. İki ildir ki, istirahət etmirəm. Çünki sifariş olmayan gün olmur.
Komandanızda neçə nəfər var?
Mənimlə birlikdə 6 nəfərik. İşə başlayandan 7-8 ay sonra ilk işçimi götürmüşdüm. Daha sonra kuryer götürdüm işə. 2 ay bundan qabaq şəhərin ən professional ustalarından birini götürmüşəm komandama. İşə öz evimdə başlamışdım. Daha sonra şəxsi atelyemizi götürdük.
İşçilərə nə qədər maaş verirsiniz?
300-1000 manat arası.
Bişirdiyiniz ən bahalı tortun qiyməti nə qədər olub?
450 manat olub.
Gecikən və ya vaxtında təhvil verilməyən sifariş olub?
İndiyə qədər sifarişlərin heç birini gecikdirməmişik
Bəs gün ərzində ən çox hazırladığınız sifariş sayı nə qədər olub və nə qədər müddətə hazırlayırsız tortları?
28 ədəd olub. Bəzi tortları yarım saata bəzilərini 1 günə hazırlayırıq. Sifarişdən asılıdır.
Sizcə qadınlarla kişilər biznesdə bərabərdir?
Fikrimcə bərabərdirlər. Sadəcə olaraq düzgün biznes yolunu seçmək lazımdır. Mən qadınların biznes qurmağının tərəfdarıyam. İnsanın öz qazandığı pulu xərcləməsi tamam başqa hissdir. İş qurduqdan sonra özümü müstəqil hiss edirəm.
İşləməyi sevdiyinizi söyləyirsiz. Bəs boş vaxtlarınızda nə edirsiz?
Gün ərzində yüzlərlə insan yazır. Həm işləyirəm həm müştərilərlə əlaqə yaradıram. Ona görə boş vaxtım demək olar ki, olmur. Ancaq olanda kinoya gedirəm.
Hər gün onlarla şirniyyat hazırlayırsız. Bəs sizin ən sevdiyiniz şirniyyat hansıdır?
Albalıyla olan bütün şirniyyatları çox sevirəm.
İşə yeni başlayanda hansı çətinlikləriniz olub?
İşə yeni başlayanda tək idim. Çox bacarıqlı deyildim. Müştərilərin narazı qalacağından qorxurdum. Youtubeda videolara baxa-baxa öyrəndim. 6 gün yatmadığım vaxtlar olub.
Özünüzə rəqib kimləri görürsüz ?
Böyük şirkətləri özümə rəqib görürəm.Sonda ənənəvi sualımızı veririk. Biznes qurmaq istəyənlərə nə məsləhət görürsüz?
Biznes qurmaq istəyənlər ilk növbədə səbrli olmalıdırlar. Əgər insanlarla ünsiyyətdə olacaqlarsa xoş ünsiyyət qurmağı bacarsınlar. Mütləq risk etməyi bacarmalıdırlar. Mən bu işdə elə böyük risklər etmişəm ki, geriyə dönüb baxanda düşünürəm ki, bunu necə etmişəm. Əvvəlki işimi tərk etməyim risk idi mənim üçün. Çünki alınmaya da bilərdi. Amma 2 il müddətdinə hər şey yolunda getdi. 1 il sonra otellərin birindən 3 min manatlıq iş təklifi gəlmişdi. Şirniyyat ustası kimi və işi də çox rahat idi. Ancaq qəbul etmədim.
Ofisimizi dəyişib daha böyük yerə köçməyin özü belə risk idi. Çünki böyük yerin məsrəfi də böyük olur. Bir də qiymət strategiyaları olmalıdır. Məsələn biz işə başlayandan bu yana ərzaqların qiymət artımına baxmayaraq qiymətlərdə dəyişiklik etməmişik. Bazarda yer tutmağımızın əsas səbəblərindən biri də budur.