Dünyada kovorkinq sahəsində yeni biznes - kulinar kovorinqlərin yaradılmasına başlanılıb.
FED.az xəbər verir ki, bir neçə il bundan əvvəl ispan aşbazları tərəfindən yaradılan kulinar kovorkinqlərdə aşbazlar və şirniyyat ustalarının işləməsi üçün şərait yaradılıb.
Kovorkinqlər həm xırda bizneslə məşğul olanlar, həm də kulinariya sahəsində yeniliklər etmək üçün nəzərdə tutulub.
Belə ki, nisbətən ucuz qiymətə icarə haqqı ödəməklə aşbazlar burada həm müştərilərin satış üçün xörəklər hazırlaya bilər, həm də maraqlı ekspertimentlər aparmaq imkanı qazanırlar.
Qastronomik kovorkinq hələ 2016-cı ildə «Eatable Adventures» şirkəti tərəfindən yaradılıb, onun yaratdığı kovorkinq şəbəkəsi indiyədək minlərlə aşbaz və sahibkarlarla əməkdaşlıq edib. Ötən ilin sonunda oxşar biznes Rusiyada da başlayıb.
«Tvoe mesto» şirkətinin yaratdığı startap artıq şəhərin bir neçə yerində filial açıb. Kulinar kovorkinq - bütün avadanlıqlarla təmin edilmiş peşəkar mətbəxdir. Onu həm təkbaşına, həm də komanda ilə icarəyə götürmək olar. Burada bir saatın icarə qiyməti 110 rubl və ya 1,5 dollardan başlayır. Buraya ventilyasiya, soyuducular, buz dolabları, mətbəx mebelinə qulluq, zibilin atılmasından tutmuş bütün xırda xidmətləri əhatə edir.
Kovorkinqlərdən həmin ərazidə yeni açılan restoranlar, keyterinq şirkətləri, fərdi aşbazlar və başqaları istifadə edirlər.
Şirkətin təsisçiləri bildirir ki, təkcə Moskvada minlərlə qadın borş, salat, tort və sair bişirib satır. Alıcılar bu yeməkləri almağa hazırdırlar, bir şərtlə ki, onların hansı şəraitdə hazırlandığını bilsinlər. Yeni şirkət də bu problemi həll edib.
Fərdi aşbazlar şirkətin iş istiqamətlərindən yalnız biridir. Digər istiqamətlər keytirnq və sadəcə çatdıma üçün yemək hazırlayan restoranlardır.
Qeyd edək ki, Moskvada bu sahə sürətlə inişaf edib, çatdırma üçün işləyən restoranların bazarı 2019-cu ildə 40%, 2020-ci ildə 50% böyüyüb, 2021-ci ildə bu rəqəmin 80%-ə çatacağı gözlənilir. Hazırda bu şəhərdəki 5 restorandan 4-də yalnız çatdırma üçün işləyən mətbxlər var.
Hazırda kovorkinqdə bir növbə 10 saat davam edir. Gündüz və gecə hər bir rində 4-5 şirkət işləyə bilər.
Şirkətin hesablamalarına görə, kulinar kovorkinqlə işləmək restoran üçün öz mətbəxini yaratmaqdan 2,5 dəfə ucuz başa gəlir. Ona görə də müştərilərin əksəriyyəti uzunmüddətli – 11 aya qədər müqavilə bağlamaq istəyirlər.