Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub.
Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istiandən xəbər verir ki, fərdi sahibkarların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 64 min 269 nəfər və ya 4,6% artıb.
Fərdi sahibkarların 344 min 509 nəfəri qadınlar, 1 milyon 109 min 552 nəfəri kişilər olub. Fərdi sahibkar olan kişilərin sayı qadınlardan 3,2 dəfə çox olub. Öətn ilin əvvəli ilə müqayisədə fərdi sahibkar qadınların sayı 21 min 88 nəfər (6,5%), kişilərin sayı 43 min 181 nəfər (4%) artıb.
Xatırladaq ki, 2025-ci ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 389 min 792 nəfər idi. Onların 323 min 421 nəfərini qadınlar, 1 milyon 66 min 371 nəfərini kişilər təşkil edirdi.














