“Tunç” LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət “Tunc Stone” MMC -yə çevrildiyini elan edib.
Qeyd edək ki, şirkət 2004-cü ildə yaradılıb. Nizamnamə kapitalı 200 min dollar, qanuni təmsilçisi Yusuf Ziya İnandır. Şirkət Bakı şəhəri, Səbai rayonu, Nigar Rəfibəyli, ev.25 hüquqi ünvanında yerləşir.
“Tunc Stone” MMC Türkiyə sərmayəli şirkətdir və əsas fəaliyyət istiqaməti təbii daş, mərmər və qranit emalı həmçinin satışı (daş sənayesi) sahəsi ilə bağlıdır.














