Gürcüstanın məişət elektronikası mağazalar şəbəkəsi olan "Elit Electronics" Gürcüstanın sərhədlərini aşaraq Azərbaycanda fəaliyyət göstərən "Elit Optimal" şəbəkəsini əldə edib.
Elektronika mağazalarının loyallıq proqramları – KİM NƏ QƏDƏR BONUS VERİR? - SİYAHI
FED.az xəbər verir ki, bu barədə "Elit Electronics"in baş direktoru Lado Jobava məlumat verib.
"“Elit Electronics-in yeni strategiyası Cənubi Qafqazda genişlənməyimizi nəzərdə tutur. Azərbaycan bazarına daxil olmaq qərarına gəldik. Qərara əsasən, Azərbaycanda fəaliyyət göstərən "Elit Optimal" alınıb”, - Lado Jobava bildirib.
10 mağaza açmağı planlaşdırır
O qeyd edib ki, Azərbaycanda "Elit Optimal" şəbəkəsi 30 mağazadan ibarətdir, şirkət bu rəqəmi 40-a çatdırmağı planlaşdırır.
Qeyd edək ki, Azərbaycanda "Elit Optimal" şəbəkəsi "ELİT EO" MMC şirkəti tərəfindən idarə olunur.
"Elit Electronics" Gürcüstanın istehlak bazarında 26 il əvvəl fəaliyyətə başlayıb. Şirkətin fəaliyyət sahəsi televizor, audio və video cihazları, məişət texnikası, kompüter və mobil telefonların pərakəndə və topdansatış ticarətini əhatə edir.
Dövlət Vergi Xidmətinin məlumatına görə, 13 noyabr 2023-cü il tarixindən Lado Jobava "ELİT EO" MMC-nin qanuni təmsilçisi (rəhbəri) olub. 01 Yanvar 2023-cü il tarixində dövlət qeydiyyatına alınmış və 1000 manat nizamnamə kapitalı olan "ELİT EO" MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, AFİYƏDDİN CƏLİLOV, ev 27A, "PARK AZURE", 2-Cİ MƏRTƏBƏDİR. (Marja)