Hal-hazırda mağazalar müştəriləri cəlb etmək və sadiq müştərilərini mükafatlandırmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bu üsullardan biri də məişət avadanlıqları və elektronik əşyalar eləcədə digər müxtəlif məhsullar satan mağazaların bonus sistemidir.
Bonus kartları alış-veriş edən müştərilərə təklif olunan bir loyallıq proqramı növüdür və bu kartlar vasitəsilə müştərilərə müxtəlif bonuslar və üstünlüklər təqdim edilir. Kartdan savayı mağazlar müxtəlif bonus proqramlarıda təqdim edir.
FED.az elektronika mağazalarında bonus siteminin necə işlədiyini və müştərilərə necə fayda verdiyini araşdırıb, araşdırma göstərir ki, bonus proqramları fərqlidir.
Daha detallı aşağıdaкы cədvəldə :
Mağaza adı |
Bonus sitemi haqqında |
Filial sayı |
Bonus kart necə əldə olunur |
İrşad |
Bonus – “İrşad” mobil tətbiqi васитясиля тягдим едилир вя 18 yaşına çatmış fiziki şəxslərə tətbiqi yükləyərkən və hər alış zamanı (taksitli alış istisna) верилир. Bonusun toplanma qaydası : 1.Mobil tətbiqdə qeydiyyatdan keçdikdən sonra müştərinin balansına 24 AZN bonus yüklənir. 2.Müştəri nağd və ya hissəli (taksit kartları istisna olmaqla) etdiyi bütün alışların dəyərinin 1%-ni bonus olaraq geri qazanır. Sadəcə mobil tətbiqdə edilən alış zamanı isə, 2 qat bonus geri qazanır. 3.Nağd və ya hissəli (taksit kartları istisna) alış zamanı məhsul “Qızıl zəmanət” ilə birlikdə əldə olunubsa, bonus yekun məbləğə əsasən hesablanır. 4.Bonus, alış təsdiqləndikdən sonra avtomatik olaraq müştərinin şəxsi hesabında gözlənilən bonus bölməsinə köçürülür. 5.Gözlənilən bonus 14 gün sonra aktiv edilir. 6.Şərtlərə görə, 1 Azərbaycan manatı (AZN) 0.01 bonusa ekvivalentdir. 7.Bonus ancaq alış-veriş zamanı istifadə edilə bilər. Bonusu nağdlaşdırmaq mümkün deyil. Bonusdan istifadə qaydası:
1.Müştəri İrşad mağazalarından və “İrşad” mobil tətbiqindən məhsulun nağd və ya kartla birdəfəlik alışı zamanı (taksitli alışlara şamil olunmur) məhsulun qiymətinin maksimum 25%-ə qədər hissəsini bonusla ödəyə bilər. (Məsələn, 500 AZN dəyərindəki hər hansı X məhsulunu bonusla almaq üçün məhsulun dəyərinin 25%-i, yəni 125 AZN-i bonusla ödəmək mümkündür. Yerdə qalan məhsulun 75%-i, yəni 375 AZN məbləğ isə nağd şəkildə ödənilir. 375 AZN-ə görə əlavə bonus qazanılır.) 2.Hissəli aylıq ödəniş zamanı bonuslardan istifadə edilə bilməz və hissəli aylıq ödəniş bonus qazandırmır. 3.Bonusların istifadə edilməsi üçün son istifadə tarixi mövcud deyil. 4. Məhsulların qaytarılması zamanı bu məhsulun alınmasında hesablanmış bonus müştərinin bonus balansından silinir. 5. Qaytarılma zamanı 1 (bir) bonus 1 (bir) Azərbaycan manatına (AZN) ekvivalentdir. |
45 |
Tətbiq vasitəsilə |
Soliton |
Yoxdur |
77 |
- |
Baku electronics |
Müştəri kartı: Müştəri kartı - “Baku Electronics” MMC-nin müştəri loyallıq proqramına üzvlük kartıdır. Kartla alış zamanı keşbek qazanmaq mümkündür. Keşbek toplanma qaydası : 1. Ödəniş formasından (taksit kartları istisna olmaqla) və yerindən asılı olmayaraq müştəri etdiyi bütün alışların məbləğinin 1%-ini keşbek olaraq qazanır. 2. Keşbek avtomatik olaraq kartın balansına daxil edilir. 3. Qazanılan keşbek 14 gün sonra aktiv edilir. 4. 1 (bir) keşbek 1 (bir) Azərbaycan manatına (AZN) ekvivalentdir. 5. Keşbek hədiyyə edilmir və bir müştərinin keşbeki digər müştərinin kartına köçürülə bilməz 6. Keşbeki pula dəyişmək mümkün deyil. Keşbek istifadə qaydası : 1. Müştəri aktivləşmiş keşbek ilə Baku Electronics-in pərakəndə və onlayn mağazalarında mal və xidmətləri qismən və ya tam şəkildə ödəyə bilər. 2. Keşbek xronoloji ardıcıllıqla istifadə olunur. 1 (bir) il ərzində istifadə edilməmiş keşbek məbləği müştərinin keşbek hesabından silinir. 3. Kreditlə alış zamanı keşbek yalnız ilkin ödəniş kimi təyin edilmiş məbləğin ödənilməsində istifadə oluna bilər. 4. Malların qaytarılması zamanı bu malın alınmasında hesablanmış keşbek müştərinin kart balansından silinir.
|
30 |
Filiallara yaxınlaşaraq əldə etmək mümkündür |
Kontakt Home |
Yoxdur |
40 |
- |
Music Gallery |
Yoxdur |
7 |
- |
Maxi.az |
Yoxdur |
Online fəaliyyət göstərir |
- |
Optimal electronics |
Yoxdur |
27 |
- |