20 avqust 2025-ci il saat 16.00 –da “Gəncə Yol Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi və təsdiqi.
Ümumi yığıncağın gündəliyinin materialları ilə, iş günləri saat 10.00-dan 17.00-dək, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda, qanunvericiliyə müvafiq qaydada müraciət etməklə tanış olmaq mümkündür.
Ümumi yığıncaq iştirakçılarının qeydiyyatı yığıncağın başlanmasına 2 (iki) saat qalmış göstərilən ünvanda aparılacaqdır. Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, yaxud şəxsiyyəti təsdiq edən digər sənəd təqdim olunmalıdır. Səhmdarların illik ümumi yığıncağında səhmdar özü, yaxud notarius tərəfindən təsdiqlənmiş etibarnamə əsasında səlahiyyətli nümayəndə iştirak edə bilər.