Dünyanın ən böyük şirkətləri siyahısında son 10 ildə ilk dəfə lider dəyişib – artıq birincilik Uorren Baffetə məxsus olan “Berkshire Hathaway” holdinqinə məxsusdur.
Eləcə də bax: Rusiyada işləməyə davam edən nəhəng xarici şirkətlər - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, ikinci yeri Çinin ən böyük kommersiya bankı “Industrial and Commercial Bank of China”, üçüncü yeri isə Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco” tutub. İlk onluğa həmçinin “JPMorgan Chase”, “Chine Construction Bank”, “Amazon”, “Agricultural Bank od China”, “Bank of America” və “Toyota Motor” daxil olub.
Nəşr qeyd edib ki, neftə tələbatın artması səbəbindən neft şirkətləri öz mövqelərini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb – xüsusən, “ExxonMobil” 15-ci (2021-ci ildə 317-ci), “Shell” 16-cı (2021-ci ildə 324-cü) pilləyə yüksəlib.
“Forbes Global 2000” reytinqinə dörd göstərici üzrə seçilmiş (satışlar, mənfəət, aktivlər və kapitallaşma) dünyanın ən böyük şirkətləri daxildir. Siyahıda şirkətlərin sayına görə lider ölkələr ABŞ (590), Çin və Honkonq (351) və Yaponiyadır (196).