Dünyanın ən böyük saat istehsalçısı olan İsveçrənin "The Swatch Group AG" şirkəti Rusiyada bütün pərakəndə satış əməliyyatlarını dayandırır.
Eləcə də bax: İki həftəyə 100-ə yaxın ABŞ şirkəti Rusiyanı - TƏRK EDİB
FED.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, vəziyyətin artan mürəkkəbliyi və çətinliyinə görə "Swatch Group"un Rusiyadakı mağazalarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Qrup "Swatch" brendi altında istehsal olunan məhsul xəttinə və "Omega", "Longines", "Tissot", "Hamilton" və "Rado" kimi digər lüks brendlərə sahibdir. (Apa)