Azərbaycanda koronavirusdan zərər çəkən fərdi sahibkarlara dəstək üçün nəzərdə tutulan 80 milyon manat vəsaitin 32 milyon manatı, yəni 40%-i artıq sahibkarlara ödənilib. İndiyədək 44 min fərdi sahibkar dövlətdən dəstək alıb.
FED.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib.
Onun sözlərinə görə, muzdlu işçilər üçün nəzərdə tutulmuş 215 milyon manatlıq dəstək tədbiri üzrə 15 mindən çox sahibkarın 147 924 nəfər işçisi üzrə 33 milyon manatdan çox ödəniş edilib. Bu isə ayrılan vəsaitin 16 faizi edir.
Aprelin 21-ə olan məlumata görə, fərdi sahibkarlara dövlət maliyyə dəstəyi ilə bağlı son vəziyyət belədir:
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği 80,0 milyon manat
Maliyyə dəstəyinin məbləği 48.235 vergi ödəyicisinə 34.353,7 min manat
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı 44.148 vergi ödəyicisi
Ödənilmiş vəsaitin məbləği 32.068,8 min manat