FED.az xəbər verir ki, Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert təəsüflə bildirmişdi ki, Azərbaycana Çexiyadan pivə ixrac olunmur.
Eləcə də bax: Azərbaycan Çexiyaya alkoqolsuz şərab ixrac edəcək - İLK DƏFƏ
Lakin demək olar ki, istər mağazalarda istərsə də, restoran və kafelərin əksəriyyətində çex pivəsi ilə rastlaşmamaq mümkün deyil.
Xüsusən, “Velkopopovicky Kozel”, “Pilzner”, “Staraya Praqa” və s. Azərbaycan pivə həvəskarlarının sevdiyi çex pivə markalarıdır.
Maraqlıdır, belə olan halda bizə təqdim edilən çex pivələri haradan gətirilir? Doğurdan da Çexiyadan Azərbaycana pivə ixrac edilmir ?
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Dövlət Agentliyi məsələ ilə
“Əlbəttə ki, Azərbaycana Çexiyadan pivə idxal edilir. İdxal şöbəsi olaraq bunu dəqiq şəkildə bildiririk”- deyə dövlət qurumu sorğumuzu cavablandırıb.
Beəliklə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi çexiyalı səfirin açıqlamasını təkkiz etmiş oldu. Səfirin yoxsa dövlət qurumunun doğrunu söylədiyini isə oxucunun öz öhdəsinə buraxırıq.
Modern