22.07.2024-cü il tarixində “Cəlilabad Broyler” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Cəlilabad Broyler” ASC-nin Müşahidə Şurasının formalaşdırılması, sədr və üzvlərin təyin edilməsi.
2. Nizamnamənin qanunvericiliyə uyğunlaşdırılması ilə yeni redaksiyada təsdiqi.
3. “Azerbaijan Poultry Company” MMC (Mərcan brendi) və “Cəlilabad Broyler” ASC arasında bağlanacaq 10.000.000 (on milyon) AZN məbləğində borc müqaviləsinin təsdiq olunması.
4. “Azerbaijan Poultry Company” MMC ilə bağlanacaq yetişdirmə sahələrinin və yem zavodunun icarəsi müqaviləsinin bəyənilməsi və təsdiq olunması.
5. “Cəlilabad Broyler” ASC-nin hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı qərarın qəbul edilməsi.
6. Digər məsələlər.
Səhmdarların şəxsiyyətlərini təsdiq edən sənəd vacibdir.
Yığıncaq Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev, ev 1 ünvanında keçiriləcəkdir.