2020-ci ilin yanvar-sentyabr ayları әrzindә statistik vahidlәrin (fәrdi sahibkarlar istisna olmaqla) sayı 4.7% artaraq 2020-ci il oktyabrın 1-i vәziyyәtinә 153 157 olub.
Eləcə də bax: Azərbaycanın 2 aqro şirkəti - Bağlandı
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verir.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində 7 246 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 322 vahid isə ləğv edilib.
Cari ilin 8 ayında 1 037 xarici müəssisə (100% xarici investisiyalı) yaradılıb, 42-i isə ləğv edilib. Ötən ilin müvafiq dövründə isə yaradılan xarici müəssisələrin sayı 1 712 idi. Belə ki, yeni yaradılan xarici müəssisələrin sayı illik 39.4% azalıb.
Reyestrdә qeydiyyatdan keçmiş statistik vahidlәrdәn tam xarici investisiyalı vә birgә müәssisәlәr әsasәn Türkiyә (21.8%), İran (10.6%), Rusiya (4.7%), Böyük Britaniya (4.3%), ABŞ (1.7%) vә Almaniya (1.1%) kimi ölkәlәrin sahibkarları tәrәfindәn yaradılıb.