Azərbaycanda iki aqro şirkət ləğv edildi.
Eləcə də bax: "Chevron"un Azərbaycandakı nümayəndəliyi ləğv olunur
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Silkkot Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti və ” Kotaz Aqro” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.
Hər iki şirkətin kreditorlaru iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Nəsimi rayonu, D. Əliyeva küçəsi, ev 243 ünvanına bildirə bilərlər.
2 aqro şirkətin qanuni təmsilçiləri Ayaz Məmmədov Əlibala oğludur. “Silkkot Aqro” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manatdır.
“Kotaz Aqro” isə 2010-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 min manatdır.