“Bores Project” MMC-nin (VÖEN:1008535091) vergi borcunun olduğu məlum olub.
FED.az xəbər verir ki məluamtlara əsasən şirkətin hazırkı vergi borcu 409 min 265,05 manatdır. Bununla yanaşı şirkət riskli ergi ödəyicisidir.
Bildirək ki, “Bores Project” 23 fevral 2024-cü ildə dövlət qeydiyyatına alınıb, 100 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi İbadət Əhmədov Qədulla oğludur.
Hüquqi ünvanı AZ0119, Bakı şəhəri Binəqədi Rayonu, Binəqədi ŞTQ, 20 yanvar, ev.1, m.3 ünvanıdır.