“Boa Agency” ASC-nın səhmdarların ümumi yığıncağı 08.02.2024-cü il tarixində saat 11:00-da növbədənkənar iclası keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində (3-cü mərtəbə, iclas zalı) baş tutacaq
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Səhm emissiyasının nəticələri üzrə nizamnaməyə dəyişiklik edilməsi.
2. Digər məsələlər.
Qeyd: Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin Bakı, Nəsimi rayonu, Mir Cəlal küç., 4 mkr, 36D ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək hüquqşünasdan əldə edə bilərsiniz.
Əlaqə telefonu: (055) 747-80-80
Xatırladaq ki, "Boa Agency" 19 dekabr 2011-ci il tarixində yaradılıb, qanuni təmsilçisi Samir Mustafayev Fariz oğludur. Nizmanamə kapitalı 90 min manatdır.