Biznes

“Binə Aqro” yenidən - Təşkil Olunub

“Binə Aqro” yenidən - Təşkil Olunub | FED.az
10:13 3 Dek 2020

Azərbaycanın aparıcı istixana kompleksi – “Binə Aqro” QSC-nin yenidən təşkil olunması prosesi başa çatıb.

 Eləcə də bax: “PAŞA Holdinq”in şirkəti təşkilati-hüquqi - Formasını Dəyişir

FED.az xəbər verir ki, proses çərçivəsində səhmdar cəmiyyətinin nizamnamə kapitalı 2 min manatdan 164 min manata çatdırılıb.

Kapital artımı “Binə Aqro” ilə eyni hüquqi ünvanda fəaliyyət göstərən və eyni şəxsin rəhbərlik etdiyi 2 şirkətin – “Habako Konstrakşn” və “Alfa Aqro” QSC-lərin 1-ciyə qoşulması ilə bağlıdır.

Son nəticədə ləğv olunmuş şirkətlərin müvafiq olaraq 160 min manat və 2 min manat məbləğində nizamnamə kapitalı “Binə Aqro”nun kapitalına əlavə olunub. Hazırda istixana kompleksinin dövriyyədə hər birinin nominal dəyəri 10 manat olan 16 400 ədəd səhmi var. (Report)

Banner
Banner

Digər xəbərlər