Azərbaycan əhəmiyyətli addım irəli ataraq, beynəlxalq vergitutma sahəsində şəffaflığa nail olması ilə bağlı koalisiyaya qoşulub.
FED.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal Əlaqələr və İnkişaf Şöbəsinin rəhbəri Ben Dikinson deyib.
Onun sözlərinə görə, bu addım ölkənin istiqamətini artırır, belə ki, irimiqyaslı transmilli şirkətlər fəaliyyətlərini məhz vergi rejiminin aşağı olan ölkələrdə cəmləşdirərək vergidən yayınma halından bəhrələnmək niyyətə malikdirlər və belə səylər göstərirlər.
"Ona görə də Azərbaycan məhz bu sahədə mübarizənin aparıldığı beynəlxalq koalisiyaya qoşulub ki, bu da çox əhəmiyyətli addımdır. Azərbaycan üçün faydası ondan ibarət olacaq ki, vergidən yayınma hallarının qarşısı alınacaq", - deyə B. Dikinson qeyd edib.
Apa