Bildiyimiz kimi, artıq noyabr ayından bazarın köçürülməsinə başlanılıb. “Təzə bazar”ın köçürüldüyü ərazi isə Dəmir Yolu Vağzalının yaxınlığında yeni tikilmiş yaşayış binasının altında yerləşir.
Eləcə də bax: “Təzə bazar”ın köçürülməsi - Başa Çatır
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Təzə Bazar”ın layihəsi davam edir və həmin layihədən fotono təqdim edir.
Qeyd edək ki, 2000-ci ilədək dövlətin mülkiyyətində olan “Təzə Bazar” səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra səhmdar cəmiyyəti ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb.
Məlumat üçün bildirək ki, “Təzə bazar”da 751 ticarət obyekti olub, onların hamısı həmin 3 məkandan birində yerlə təmin olunacaq. Şirkət özü öz vəsaiti hesabına “Təzə bazar”ın yerində 3 hektar ərazidə müasir tələblərə cavab “Təzə bazar” inşa edəcək. Relyeflə əlaqədar tikiləcək ticarət mərkəzi Səməd Vurğun küçəsi tərəfdən ikimərtəbəli, Mərdanov qardaşları küçəsi tərəfdən isə üçmərtəbəli olacaq. Tikinti işlərinin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulub. Yeni “Təzə bazar”da ticarətçilər üçün hər cür şərait yaradılacaq. Bu gün köçürülən ticarətçilər də könüllü əsasda yenidən istifadəyə veriləcək “Təzə bazar”a qayıda biləcəklər.