“Baker Tilly Audit Azərbaycan” QSC 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
Kəlbəcərdəki tikinti təşkilatı ilk dəfə - 4 milyon gəlir əldə edib - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il şirkətin gəlirləri 8 milyon 604 min manat təşkil edib. Gəlirləri 2024-cü ildəki 8 milyon 431 min manatdan 173 min manat (2,1%) çox olub.
Gəlirlərdən 5 milyon 357 min manat əsas əməliyyat xərclərinə sərf olunub. Bu xərclər əvvəlki ilə nəzərən 356 min manat (7,1%) artıb. Ümumi və inzibati xərclər son bir ildə 49 min manat (2,4%) artaraq 2 milyon 106 min manata yüksəlib. Gəlirlərdən çıxılan vergilərin həcmi 6 min manat olub. Ötən il audit şirkətinin digər gəlirləri də 79 min 502 manat və ya 5,2 dəfə azalaraq 18 min 878 manata düşüb.
Mənfəət vergisi ödənilməzdən əvvəl şirkətin mənfəəti 1 min 154 min manat, mənfəət vergisi xərci 270,4 min manat təşkil edib. Yekunda “Baker Tilly Audit Azərbaycan” QSC ötən ili 883,7 min manat xalis mənfəətlə bağlayıb. Xatırladaq ki, 2024-cü ildə şirkətin xalis mənfəəti 1 milyon 228 min manat idi. Yəni illik azalma 344,3 min manat və ya 28% olub.
Hesabat dövrünün sonunda şirkətin aktivləri 2 milyon 797 min manata bərabər olub. Aktivlər illik müqayisədə 512 min manat və ya 22,4% artıb. Aktivlərin artmasının əsas səbəbi pul vəsaitləri və onların ekvivalentlərinin təxminən 2 dəfə artaraq 1 milyon 186 min manata çatması hesabına baş verib.
Ötən ilin sonunda QSC-nin öhdəliklərinin həcmi 2024-cü ilə nəzərən 312,7 min manat (54,8%) artaraq 882,9 min manata yüksəlib.
2025-ci ilin sonunda “Baker Tilly Audit Azərbaycan” QSC-nin cəmi kapitalı 1 milyon 914 min manata bərabər olmaqla, 2024-cü ildəki 1 milyon 715 min manat kapitaldan 199 min manat (11,6%) çox olub.
Qeyd edək ki, “Baker Tilly Audit Azərbaycan” QSC-nin nizamnamə kapitalı 2 min manatdır. Şirkətin səhmlərinin 89,7%-i Vəliyev Samir Sədəddin oğluna, 5,15%-i Səfərəliyev Rüstəm Rəşad oğluna, 1,05%-i Bədəlov Ramil Zakir oğluna, 2,05%-i Hacıyeva Nərmin Səhrab qızına, 2.05%-i Nəsirov Ziya Namus oğluna məxsusdur.








![“Baker Tilly Audit Azərbaycan”ın xərcləri artıb – [red]MƏNFƏƏTİ AZALIB - HESABAT [/red] | FED.az](upload/news/small/3017335.png)
![“Baker Tilly Audit Azərbaycan”ın xərcləri artıb – [red]MƏNFƏƏTİ AZALIB - HESABAT [/red] | FED.az](upload/news/small/3883659.jpeg)
![“Baker Tilly Audit Azərbaycan”ın xərcləri artıb – [red]MƏNFƏƏTİ AZALIB - HESABAT [/red] | FED.az](upload/news/small/2055724.jpeg)









