“Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ 2025-ci il üzrə maliyyə vəziyyətini açıqlayıb.
«Azərsun Holdinq» bəyan edir ki, 1,8 milyard manatlıq satışdan - CƏMİ 55 MİLYON QAZANIB - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il dövlət qurumunun qeyri-kommersiya əməliyyatlarından gəlirləri 4,3 milyon manat olub.
Xatırladaq ki, 2024-cü ildə bu sahədən gəlirlər olmamışdı. 2025-ci ildə şirkət 170 min manatlıq xammal istifadə edib. Bu 2024-cü ildəki 9 min manata qarşı 18 dəfə artıqdır. Hesabat dövründə dövlət qurumu 388 min manat sair əməliyyat gəliri əldə edib.
Ötən il “Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ əmək haqqılarının ödənilməsinə 3 milyon 113 min manat sərf edib. Bu 2024-cü illə müqayisədə 2,5 milyon manat və ya 4,8 dəfə çoxdur. Belə ki, 2024-də əməkhaqqına 645 min manat xərclənmişdi.
Nəticədə 2025-ci il üzrə mənfəət vergisindən əvvəlki mənfəət 472 min manata çatıb. 34 min manat mənfəət vergisi ödənişindən sonra isə “Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ 2025-ci ili 438 min manat xalis mənfəətlə tamamlayıb.
Qeyd edən ki, 2024-cü ildə yaradılan qurum ilk dəfədir ki, mənfəət əldə edir. 2024-cü ildə şirkətin illik fəaliyyəti 455 min manat zərərlə bitmişdi.
Ötən il “Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ-in aktivlərində də kəskin artım qeydə alınıb. Belə ki, qurumun aktivləri 38 dəfə artaraq 1,4 milyon manatdan 52,7 milyon manata yüksəlib.
Aktivlərin artmasının əsas səbəbi material ehtiyatlarının 84 min manatdan 33,6 milyon manata yüksəlməsi – 400 dəfə artması hesabına baş verib. Bundan başqa digər cari aktivlər də 2024-cü ildəki 362 min manatdan 16 milyon manata yüksəlib. Pul vəsaitləri və onların ekvivalentlərində isə 351 min manat (5,5 dəfə) azalma olub və 78 min manata düşüb.
“Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ 2025-ci ildə böyük borclar alıb. Şirkətin öhdəlikləri 2024-cü ildə 1,3 milyon manat olduğu halda, 2025-ci ildə 52 milyon manata sıçrayıb - 50 milyon manat və ya 39 dəfə artım.
Öhdəliklərin artmasında iki əsas faktor rol oynayıb. Birincisi digər cari öhdəliklərin 47,6 milyon manat (37 dəfə) artaraq 49 milyon manata çatması olub. İkinci əsas səbəb isə ticari və digər kreditor borclarının, - yəni müəssisənin təchizatçılara, banklara, dövlətə və ya işçilərə ödəməli olduğu vəsaitin həcminin 2024-cü ildəki 812 manatdan 3,1 milyon manata artması olub.
Ötən il dövlət qurumu torpaq tikili və avadanlıqların alınmasına 2,6 milyon manat sərf edib ki, bu da, 2024-cü ilə nisbətən 4,2 dəfə çoxdur.
Hesabat dövründə PHŞ-yə dövlət büdcəsindən 13,8 milyon manat vəsait ayrılıb. 2024-cü ildə bu məbləğ 1,7 milyon manat idi.
Qeyd edək ki, “Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ 2024-cü ilin 10 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılıb və nizamnamə kapitalı 500 min manat həcmində müəyyənləşib. Nizamnamə kapitalı 2024-cü ildəki zərərdən sonra 62 min 430 manata düşsə də, ötən ilin mənfəəti nizamnamə kapitalının 569 min 852 manata qalxmasına səbəb olub.







![Kəlbəcərdəki tikinti təşkilatı ilk dəfə - 4 milyon gəlir əldə edib - [red]HESABAT[/red] | FED.az](upload/news/small/2578435.jpg)
![Kəlbəcərdəki tikinti təşkilatı ilk dəfə - 4 milyon gəlir əldə edib - [red]HESABAT[/red] | FED.az](upload/news/small/3621906.jpeg)
![Kəlbəcərdəki tikinti təşkilatı ilk dəfə - 4 milyon gəlir əldə edib - [red]HESABAT[/red] | FED.az](upload/news/small/1542046.jpeg)









