“Katex-Tütün” ASC-nin (3800177501) səhmdarlarının növbəti ümumi yığıncağı 29.03.2026-cı il tarixdə, saat 10-00-da keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yığıncaq Balakən şəhəri, T.Adıgözəlov küçəsi 48 ünvanında olacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin Sədrinin hesabatı
2. İllik hesabatın təsdiqi
3. Təşkilati məsələlər
4. “Katex-Tütün” ASC-nin məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil edilməsi
5. Təhvil Aktının təsdiq edilməsi
6. Cəmiyyətin ləğv edilməsi
7. Digər məsələlər
Yığıncaq Yığıncağın gündəliyi üzrə materiallarla yuxarıda qeyd edilən ünvanda tanış olmaq olar.
Əlaqə nömrəsi: 50 423 12 88
Səhmdarlar şəxsiyyətlərini təsdiq edən sənədlə şəxsən və ya səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş nümayəndələri vasitəsilə iştirak edə bilərlər.











