5 iyun 2025-ci il saat 14.00-da 2024-cü ilin maliyyə -təsərrüfat fəaliyyəti ilə əlaqədar "Quba konserv-1” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı “ keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Quba şəhəri , Vaqif küçəsi 30 nömrəli ünvanda baş tutacaq.
Gündəlikdəki məsələlər:
1.Cəmiyyətin illik hesabatının, balansının, mənfəət və zərər hesabatlarının təsdiqi.
2.Digər cari məsələlər.
Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirə bilər.Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş etibarnaməyə malik olmalıdır.
Ümumi yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyətini təsdiqləyən sənədin əslini (nümayəndə olduqda isə etibarnaməsinin notarial təsdiqlənmiş surətini) təqdim etməlidir