20 iyun 2025- ci il saat 17:00 da “Çederovtala Tütün” ASC-nin səhmdarlarının növbəti illik ümümi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Balakən şəhəri, R Səmədov küçəsi 20 ünvanında baş tutacaq.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin sədrinin hesabatı
2. İllik hesabatın təsdiqi.
3. “Çederovtala Tütün” ASC-nin məhdud məsuliyyətli cəmiyyət formasında yenidən təşkil edilməsi barədə məsələlərin müzakirəsi.
4. Təhvil – Təslim Aktının təsdiq edilməsi.
5. Cəmiyyətin ləğvi
6. Digər məsələlər