Azərbaycanda iki şirkət birləşir.
Eləcə də bax: Azərbaycanda şirkətlər qrupu kapitalının bir hissəsini - GERİ ÇƏKİR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, adını və təşkilati-hüquqi formasını dəyişərək “İM-EX Trading” MMC “Agro-Team Group” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək ona qoşulduğunu elan edir.
“İM-EX Trading” Məhdud Məsuliyyətli Cəmiyyəti “Agro-Team Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “İM-EX Trading” MMC 2020-ci ildə qeydiyyata alınıb və qanuni təmsilçisi Toğrul Bünyətzadədir.
“Agro-Team Group” MMC isə 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Ramil Hüseynovdur.